Xəbərlər
Gəncə Dövlət Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Gəncə Dövlət Universitetində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə rektorun baş müşaviri Asif Cavadov çıxış edərək qadınların cəmiyyətdəki önəmli mövqeyindən, elm, təhsil, mədəniyyət və incəsənət sahələrinin inkişafındakı rolundan bəhs etdi. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev qadınlara daim yüksək dəyər vermiş, qadın hüquqlarının qorunması və ictimai fəallığının təşkili məsələsini diqqət mərkəzində saxlamışdır.Bu gün həmin siyasət dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonra GDU HİK-nin sədri Afaq Qasımova çıxış edərək qeyd etdi ki, bu gün Azərbaycan qadınları dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə böyük töhfələr verirlər. Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti və xeyirxah əməlləri ilə bütün dünyada Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Afaq Qasımova tədbir iştirakçılarını bir daha təbrik edərək universitetin bir qrup xanım əməkdaşlarının 8 Mart Qadınlar bayramı münasibətilə HİK-nin xəttilə mükafatlandırılmasını qeyd etdi.
Tədbirdə Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev, humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva və Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva mövzu ətrafında çıxış ediblər.
Daha sonra 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə GDU-nun bir qrup qadın əməkdaşlarına və tələbələrə Fəxri Fərman və gül buketləri təqdim olunub.







