“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncə şəhər 14, 19 və 40 nömrəli tam orta məktəbin və həmçinin 3 və 18 saylı körpələr evi–uşaq bağçalarının ittifaq üzvləri üçün gəzintilər təşkil olunub.

13/07/2026, 09:36
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhər 14, 19 və 40 nömrəli tam orta məktəbin və həmçinin 3 və 18 saylı körpələr evi–uşaq bağçalarının ittifaq üzvləri üçün Gədəbəy, Murud, Hacıkənd, Tovuz və Göygöl istiqamətlərinə birgünlük istirahət gəzintiləri təşkil olunub.

Təbiətin füsunkar gözəllikləri ilə yadda qalan bu səfərlər iştirakçılara istirahət etmək, xoş təəssüratlar qazanmaq, həmkarlar arasında səmimi ünsiyyəti və qarşılıqlı həmrəyliyi daha da möhkəmləndirmək imkanı yaradıb. Maraqlı anlarla zəngin keçən birgünlük gəzintilər hər kəsdə xoş ovqat və unudulmaz xatirələr bəxş edib.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: