“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncə şəhər 2, 13, 24, 30, 34, 36 və 45 nömrəli tam orta məktəblərin, eləcə də Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin kollektivləri üçün gəzinti təşkil olunub.

07/07/2026, 09:59
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhər 2, 13, 24, 30, 34, 36 və 45 nömrəli tam orta məktəblərin, eləcə də Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin kollektivləri üçün bir günlük istirahət gəzintisi təşkil olunub.

Gəzintinin məqsədi təhsil işçilərinin asudə vaxtlarının səmərəli təşkili, kollektivlər arasında həmrəyliyin möhkəmləndirilməsi və onlara xoş istirahət imkanının yaradılması olub. Səmimi və xoş ovqat şəraitində keçən səfər iştirakçılarda xoş təəssüratlar yaradıb və yüksək əhval-ruhiyyə ilə yadda qalıb.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: