Xəbərlər
Gəncə şəhər 25 və 35 nömrəli tam orta məktəblərin həmkarlar ittifaqı üzvləri üçün birgünlük gəzinti təşkil olunub
28/07/2026, 17:34

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhər 25 və 35 nömrəli tam orta məktəblərin həmkarlar ittifaqı üzvləri üçün Ağcakənt və Gədəbəy bölgələrinə birgünlük gəzinti təşkil olunub.
Gəzinti iştirakçıların asudə vaxtının səmərəli təşkili, istirahəti və xoş təəssüratlar qazanması məqsədi daşıyıb. Təbiətin gözəllikləri ilə zəngin bölgələrdə keçirilən ekskursiya müəllimlər tərəfindən böyük məmnunluqla qarşılanıb.





