Xəbərlər
Gəncə şəhər 26 nömrəli tam orta məktəbin, 28 nömrəli tam orta məktəbin, 42 nömrəli tam orta məktəbin və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin əməkdaşlarının iştirakı ilə Gədəbəy və Göygöl rayonlarına birgünlük gəzinti təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin rəhbərliyinin təşkilatçılığı ilə ittifaq üzvlərinin yay istirahətlərinin səmərəli təşkili məqsədilə Gəncə şəhər 26 nömrəli tam orta məktəbin, 28 nömrəli tam orta məktəbin, 42 nömrəli tam orta məktəbin və Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin əməkdaşlarının iştirakı ilə Gədəbəy və Göygöl rayonlarına birgünlük gəzinti təşkil olunub.
Gəzinti iştirakçıların asudə vaxtlarının səmərəli təşkilinə, kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin və həmrəyliyin möhkəmləndirilməsinə, eyni zamanda təbiətin gözəllikləri ilə yaxından tanış olmalarına şərait yaradıb. Tədbir iştirakçılar tərəfindən yüksək məmnunluqla qarşılanıb və xoş təəssüratlarla yadda qalıb.





