Xəbərlər
Gəncə şəhər 30 nömrəli tam orta məktəbdə HİK sədrinin seçkisi keçirilib
19/10/2026, 12:30

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin nümayəndələrinin iştirakı ilə Gəncə şəhər 30 nömrəli tam orta məktəbdə Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədrinin seçilməsi ilə bağlı iclas keçirilib.
Əvvəlki HİK sədrinin çalışmanın yaş həddinə çatması ilə əlaqədar əmək fəaliyyətinə xitam verildiyindən yeni sədrin seçilməsi məsələsi müzakirə olunub. Açıq səsvermənin nəticələrinə əsasən yeni HİK sədri seçilib.
Gəncə Şəhər Komitəsinin nümayəndələri həmkarlar ittifaqı fəaliyyətinin davamlılığının təmin olunması və əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.





