Xəbərlər
Gəncə şəhər 31 nömrəli tam orta məktəbin kollektivi Tovuz rayonuna birgünlük gəzintidə iştirak edib
17/07/2026, 15:48

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhər 31 nömrəli tam orta məktəbin kollektivi Tovuz rayonuna birgünlük gəzintidə iştirak edib. Səfər iştirakçılar üçün xoş istirahət, səmərəli ünsiyyət və bölgənin tarixi-mədəni məkanları ilə tanış olmaq baxımından yaddaqalan olub.





