“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncə şəhər 8, 20, 21, 36 və 39 nömrəli tam orta məktəblərin,Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin həmkarlar ittifaqı üzvləri üçün gəzinti təşkil olunub.

06/07/2026, 16:19
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin rəhbərliyinin təşkilatçılığı ilə Gəncə şəhər 8, 20, 21, 36 və 39 nömrəli tam orta məktəblərin, eləcə də Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin həmkarlar ittifaqı üzvləri üçün birgünlük gəzinti təşkil olunub.

Gəzinti çərçivəsində iştirakçılar Gədəbəy, Göygöl və Goranboy rayonlarının füsunkar təbiəti və görməli məkanları ilə tanış olub, asudə vaxtlarını səmərəli və xoş əhval-ruhiyyədə keçiriblər. Bu cür tədbirlər həmkarlar arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə, eləcə də əməkdaşların istirahətinin səmərəli təşkilinə xidmət edir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: