Xəbərlər
Gəncə şəhər İdman Liseyi, 19, 42, 46, 47 və 49 nömrəli körpələr evi–uşaq bağçalarının kollektivləri üçün birgünlük gəzintilər təşkil olunmuşdur

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhər İdman Liseyi, 19, 42, 46, 47 və 49 nömrəli körpələr evi–uşaq bağçalarının kollektivləri üçün birgünlük gəzintilər təşkil olunmuşdur.
Gəzintilər çərçivəsində iştirakçılar Göygöl, Şəki, Tovuz, Gədəbəy və Ağcabədi rayonlarına səfər edərək həmin bölgələrin tarixi, təbii və mədəni görməli yerləri ilə tanış olmuş, asudə vaxtlarını xoş ovqatda keçirmişlər. Bu cür tədbirlər kollektiv üzvlərinin istirahətinin səmərəli təşkili ilə yanaşı, onların həmrəyliyinin və qarşılıqlı əməkdaşlığının möhkəmlənməsinə də töhfə verir.





