Xəbərlər
Gəncə Şəhər Komitəsi xarici dil təmayüllü məktəb-liseyin direktorunu 65 illik yubileyi münasibətilə təbrik edib.
10/03/2026, 11:29

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin rəhbərliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi ilə birlikdə Gəncə şəhərində yerləşən Mehdi Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyin direktoru Əliağa Səfərəliyevin 65 illik yubileyi münasibətilə keçirilən tədbirdə iştirak ediblər.
Yubilyar səmərəli fəaliyyətinə görə Fəxri fərman və hədiyyə ilə təltif olunub, ona uzun ömür, möhkəm can sağlığı və gələcək işlərində uğurlar arzulanıb.





