Xəbərlər
Gəncə şəhər Komitəsinin rəhbərliyi 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkil etdiyi 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirdə iştirak edib.
06/03/2026, 11:56

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin rəhbərliyi 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkil etdiyi 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbir çərçivəsində basketbol yarışı üzrə fərqlənən məşqçi-müəllimlərin fəaliyyəti yüksək qiymətləndirilib. Onlar gənclərin idmana cəlb olunması və sağlam həyat tərzinin təbliğində göstərdikləri xidmətlərə görə fəxri fərmanlarla mükafatlandırılıblar.




