“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncə şəhər komitəsinin rəhbərliyi 45 nömrəli xüsusi məktəbdə keçirilən Novruz bayramı şənliyində iştirak etmişdir.

31/03/2026, 14:18
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin rəhbərliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi ilə birlikdə Gəncə şəhəri 45 nömrəli xüsusi məktəbdə keçirilən Novruz bayramı şənliyində iştirak etmişdir.

Tədbirdə şagirdlərin hazırladığı rəngarəng çıxışlar, milli adət-ənənələrimizi əks etdirən səhnəciklər və bayram əhval-ruhiyyəsi iştirakçılarda xoş təəssüratlar yaratmışdır.

Şagirdlər Novruz bayramı münasibətilə təbrik olunmuş, onlara gələcək həyatlarında uğurlar, möhkəm can sağlığı və daim sevinc dolu günlər arzulamışdır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: