“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncə Şəhər Komitəsinin rəhbərliyi Gəncə şəhər 32 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətlərinin 65 illik yubileyini qeyd edən müəllimlərlə keçirilən tədbirdə iştirak etmişdir.

16/06/2026, 15:38
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin rəhbərliyi Gəncə şəhər 32 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətlərinin 65 illik yubileyini qeyd edən müəllimlərlə keçirilən tədbirdə iştirak etmişdir. Tədbirdə müəllimlərin təhsil sahəsində uzunillik səmərəli fəaliyyəti, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi və ölkənin təhsil sisteminin inkişafına verdikləri töhfələr yüksək qiymətləndirilmişdir.

Yubilyar müəllimlərə göstərdikləri fədakar əməyə görə dərin minnətdarlıq ifadə olunmuş, onlara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsi tərəfindən təşəkkürnamələr, gül buketləri və xatirə hədiyyələri təqdim edilmişdir. Tədbir iştirakçıları tərəfindən müəllimlərə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində yeni uğurlar arzulanmışdır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: