Xəbərlər
Gəncə şəhər komitəsinin rəhbərliyi Məmmədov Rəşad Fərəməz oğlunun anasını ziyarət etdi.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin rəhbərliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi ilə birlikdə Novruz bayramı münasibətilə II Qarabağ müharibəsində Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış, ailənin tək övladı olan Məmmədov Rəşad Fərəməz oğlunun anası Raya xanımı ziyarət etdilər.
Görüş zamanı Raya xanım bayram münasibətilə səmimi şəkildə təbrik olunmuş, ona xoş arzular və ürək sözləri çatdırılmışdır. Şəhidimizin əziz xatirəsi ehtiramla yad edilmiş, onun Vətən qarşısındakı xidmətləri bir daha minnətdarlıqla vurğulanmışdır.
Raya xanıma möhkəm can sağlığı, səbr və dözüm arzulayır, şəhidimizə Allahdan rəhmət diləyirik.




