Xəbərlər
Gəncə şəhər komitəsinin rəhbərliyi tərəfindən bu gün ittifaq üzvü olan şəhid ailə üzvləri ilə görüş keçirilib.
22/05/2026, 09:41

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin rəhbərliyi tərəfindən bu gün ittifaq üzvü olan şəhid ailə üzvləri ilə görüş keçirilib. Görüş zamanı may ayında doğum günü olan şəhid ailəsi üzvləri diqqət və qayğı ilə əhatə olunaraq təşəkkürnamə, gül buketləri və hədiyyələrlə mükafatlandırılıblar.
Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailələrin qayğı və problemləri dinlənilib, onlara göstərilən diqqət və dəstəyin bundan sonra da davam etdiriləcəyi bildirilib. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.






