Xəbərlər
Gəncə şəhər komitəsinin rəhbərliyinin təşkilatçılığı ilə iyun ayında doğum günü olan, həmkarlar ittifaqının üzvü olan şəhid ailəsi üzvləri ilə görüş keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin rəhbərliyinin təşkilatçılığı ilə iyun ayında doğum günü olan, həmkarlar ittifaqının üzvü olan şəhid ailəsi üzvləri ilə görüş keçirilib. Tədbirdə şəhid ailələrinin cəmiyyətimizdə xüsusi yer tutduğu vurğulanaraq onlara diqqət və qayğının hər zaman prioritet məsələlərdən biri olduğu qeyd edilib.
Görüş zamanı doğum günü olan şəhid ailəsi üzvləri təbrik edilərək onlara gül buketləri, hədiyyələr və təşəkkürnamələr təqdim olunub. Tədbir iştirakçılarına ən xoş arzular çatdırılıb, möhkəm cansağlığı, ailə səadəti və firavan həyat arzulanıb. Sonda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilərək onların ailələrinə göstərilən diqqət və qayğının davamlı olacağı bildirilib.





