Xəbərlər
Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin işçi heyəti və Gəncə şəhər 38 nömrəli tam orta məktəbin kollektivi üçün Gədəbəy rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin işçi heyəti və Gəncə şəhər 38 nömrəli tam orta məktəbin kollektivi üçün yay istirahətinin səmərəli təşkili məqsədilə Gədəbəy rayonuna birgünlük ekskursiya təşkil olunub.
Ekskursiya iştirakçıları rayonun füsunkar təbiəti və tarixi-mədəni məkanları ilə tanış olub, asudə vaxtlarını səmərəli və xoş ovqatda keçiriblər. Tədbir iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və kollektivdə həmrəyliyin, ünsiyyətin möhkəmlənməsinə töhfə verib.





