Xəbərlər
Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhər 10 nömrəli tam orta məktəb və 43 nömrəli tam orta məktəblərin pedaqoji kollektivləri üçün gəzinti təşkil olunub.
06/07/2026, 16:11

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhər 10 nömrəli tam orta məktəb və 43 nömrəli tam orta məktəblərin pedaqoji kollektivləri üçün yay istirahətinin səmərəli təşkili məqsədilə birgünlük gəzinti təşkil olunub.
Gəzinti iştirakçıların asudə vaxtının səmərəli keçirilməsinə, kollektiv üzvləri arasında həmrəyliyin və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verib. İştirakçılar yaradılan şəraitə görə təşkilatçılara təşəkkürlərini bildirərək xoş və yaddaqalan anlar yaşayıblar.






