Xəbərlər
Gəncə şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhər 17,18, 31 və 41 nömrəli tam orta məktəblərin həmkarlar ittifaqı üzvləri üçün birgünlük ekskursiya təşkil olunub.
13/07/2026, 09:27

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin təşkilatçılığı ilə Gəncə şəhər 17,18, 31 və 41 nömrəli tam orta məktəblərin həmkarlar ittifaqı üzvləri üçün birgünlük ekskursiya təşkil olunub.
Gəzinti iştirakçıların asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin möhkəmləndirilməsi, tarixi və mədəni irsimizin daha yaxından tanıdılması məqsədi daşıyıb. Ekskursiya iştirakçılar tərəfindən böyük maraq və məmnunluqla qarşılanıb, onlarda xoş təəssüratlar yaradıb.





