“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncə şəhər Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futbol yarışı təşkil olunmuşdur.

27/04/2026, 15:12
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Gəncə şəhər müəllimlər arasında futbol yarışı yüksək səviyyədə təşkil olunmuş və uğurla başa çatmışdır. Yarışın keçirilməsində əsas məqsəd təhsil işçiləri arasında sağlam həyat tərzinin təbliği, asudə vaxtın səmərəli təşkili və kollektivlərarası əlaqələrin möhkəmləndirilməsi olmuşdur.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri müəyyən olunmuş, onlar təşəkkürnamələrlə mükafatlandırılmışdır. Tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilmiş və bu kimi idman tədbirlərinin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: