Xəbərlər
Gəncə şəhər komitəsinin təşkilatçılığı ilə şəhid ailə üzvləri ilə görüş keçirilmişdir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin təşkilatçılığı ilə mart ayı ərzində doğum günü olan Təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri ilə görüş keçirilmişdir. Tədbir zamanı iştirakçılar çay süfrəsi ətrafında bir araya gələrək, səmimi və xoş ab-havada doğum günləri münasibətilə təbrik edilmiş, onlara diqqət və qayğı göstərilmişdir.
Görüş çərçivəsində şəhid ailə üzvlərinin sosial vəziyyəti ilə maraqlanılmış, onların fikir və istəkləri dinlənilmiş, mənəvi dəstəyin əhəmiyyəti bir daha vurğulanmışdır.
Sonda iştirakçılara təşəkkürnamələr, gül dəstələri və xatirə hədiyyələri təqdim edilmiş, onlara möhkəm cansağlığı, uzun ömür və rifah arzulanmışdır.





