Xəbərlər
Gəncə şəhərində “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” adlı forumda iştirak etdik.
24/10/2025, 15:49

Gəncə şəhərində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası nın təşkilatçılığı ilə “Gənc Müəllimlər: Suverenlik Yolunda Təhsil Missiyası” adlı forum təşkil olunub. Forumdan əvvəl Gəncə Memorial Kompleksində abidə önünə gül dəstələri düzülüb.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə təhsilin inkişafında gənc müəllimlərin rolu, suverenlik və milli dəyərlərə əsaslanan təhsil modelinin gücləndirilməsi mövzuları müzakirə olunub.








