“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncə şəhərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə həndbol yarışı keçirilmişdir.

10/03/2026, 11:36
xeber1

Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə Şəhər Komitəsinin rəhbərliyi və 1 nömrəli Uşaq‑Gənclər İdman Şahmat Məktəbinin rəhbərliyinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə həndbol yarışı keçirilmişdir.

Yarışın keçirilməsində əsas məqsəd uşaqların idmana marağını artırmaq, sağlam həyat tərzini təbliğ etmək və şagirdlər arasında dostluq və komanda ruhunu gücləndirmək olmuşdur. Yarışda müxtəlif yaş qruplarından olan şagirdlər böyük həvəslə iştirak edərək öz bacarıqlarını nümayiş etdirmişlər.

Sonda qalib komandalar təşkilatçılar tərəfindən fəxri fərman və medallarla təltif olundular. Tədbir iştirakçılar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanmış, gənclərin idmana cəlb olunmasının vacibliyi bir daha vurğulanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: