Xəbərlər
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Göygöl rayonu üzrə təhsil sektorunda 2024/2025-ci tədris ili ərzində Göygöl rayon ümumtəhsil müəssisələrində təhsilalan və müxtəlif müsabiqələrdə, yarışlarda, tədbirlərdə uğurlu nəticə göstərən şagirdlərlə görüş təşkil olunub.

Görüşdə Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, ATİAHİ Göygöl Rayon Komitəsinin sədri Elnur Hacıyev iştirak edib.
Görüşün sonunda uğurlu nəticələr göstərən şagirdlərə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Göygöl Rayon Komitəsi tərəfindən təşəkkürnamələr və hədiyyələr təqdim edilib.
Şagirdlərimizin müəllimlərini, valideynlərini təbrik edir, şagirdlərimizə gələcək təhsillərində və karyeralarında uğurlar arzu edirik.
Press-reliz (xəbər) barədə yarana biləcək suallara cavab verəcək məsul şəxs:
ATİAHİ Göygöl Rayon Komitəsinin sədri: Elnur Hacıyev
Əlaqə nömrəsi: +994502736336
Elektron ünvan: atiahi-goygol-rk@mail.ru
#GəncəDaşkəsənRegionalTəhsilİdarəsi
#Göygölrayonuüzrətəhsilsektoru









