“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə abidəsi ziyarət olunub.

12/05/2026, 10:30
xeber1

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin rəhbərliyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi birgə Ulu Öndərin Gəncə şəhərində ucaldılmış abidəsini ziyarət ediblər. Ziyarət zamanı abidə önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsi, təhsilə və gənclərə göstərdiyi xüsusi diqqət bu gün də ölkəmizin inkişafında mühüm rol oynayır. Nümayəndələr Ulu Öndərin ideyalarının Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və gələcək nəsillərin vətənpərvərlik ruhunda formalaşması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: