“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gənclər arasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici tədbirlər.

10/10/2025, 18:00
xeber1

Gənclər arasında narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, sağlam həyat tərzinin təbliği məqsədilə Mingəçevir şəhərində yerləşən Kəlbəcər rayon 87 və Milli Qəhraman Şahlar Şükürov adına 35 saylı tam orta məktəblərdə ayrı-ayrılıqda maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova, aparıcı məsləhətçi Bəylər Əliyev, mühasib Mənzər İsmayılova, 87 saylı məktəbin direktoru Zülfiyyə Sarıyeva, 35 saylı məktəbin direktoru Elşən Əzimov, müəllim və şagird kollektivi iştirak ediblər.

Çıxış edən natiqlər "Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə" mövzusu ətrafında fikirlərini bölüşərək, narkotiklərin insan sağlamlığına, psixoloji durumuna, ailə münasibətlərinə və bütövlükdə cəmiyyətə vurduğu ciddi zərərdən danışıblar. Qeyd olunub ki, narkomaniya təkcə fərdi deyil, həm də sosial fəlakətdir və onunla mübarizə hər kəsin vətəndaşlıq borcudur.

Tədbirdə gənclərə zərərli vərdişlərdən uzaq durmaq, düzgün həyat tərzi seçmək, idmanla məşğul olmaq və sosial məsuliyyətli vətəndaş kimi formalaşmaq barədə tövsiyələr verilib.

Vurğulanıb ki, bu cür maarifləndirici tədbirlər gənclərin informasiya savadlılığını və təhlükələrə qarşı psixoloji müqavimətini artırmaq baxımından əhəmiyyətlidir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi gələcəkdə də gənclər arasında sağlam həyat tərzinin təşviqi, narkomaniyaya qarşı maarifləndirmə və sosial təhlükələrə qarşı xəbərdarlıq məqsədilə silsilə tədbirlərin keçirilməsini davam etdirməyi planlaşdırır.



Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: