Xəbərlər
“Gənclər arasında sağlam həyat tərzinin təbliği – narkomaniyaya qarşı mübarizə hər birimizin borcudur” Narkomaniyaya qarşı mübarizə – sağlam gələcəyin təminatıdır.

“Gənclər arasında sağlam həyat tərzinin təbliği – narkomaniyaya qarşı mübarizə hər birimizin borcudur”
Narkomaniyaya qarşı mübarizə – sağlam gələcəyin təminatıdır.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin üzv təşkilatlarından olan ümumtəhsil məktəblərində o cümlədən 46 nömrəli tam orta məktəb, 42 nömrəli tam orta məktəb və 16 nömrəli tam orta məktəblərində “Gənclər arasında sağlam həyat tərzinin təbliği – narkomaniyaya qarşı mübarizə hər birimizin borcudur” mövzusunda maarifləndirici silsilə tədbirlər keçirilir. Tədbirlərin məqsədi cəmiyyətin, xüsusən də gənclərin narkomaniyanın fəsadları barədə məlumatlılığını artırmaq, sağlam həyat tərzinin üstünlüklərini təbliğ etmək idi.










