“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gənclər gələcəyimizdir.

03/02/2026, 22:14
xeber1

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan dövlətçiliyinin mühüm istiqamətlərindən biri olan gənclər siyasəti bu gün ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə davam etdirilir. Gənclərin hərtərəfli inkişafı, onların bilikli, vətənpərvər, təşəbbüskar və cəmiyyətin fəal üzvləri kimi formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Bu siyasətin bariz nümunəsi olaraq ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonunda da Gənclər Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi tərəfindən təşkil olunan tədbir yüksək əhval-ruhiyyə və geniş iştirakla yadda qalmışdır.

Tədbirdə rayonun ümumtəhsil müəssisələrinin direktorları, gənc müəllimlər və həmkarlar ittifaqı üzvləri iştirak etmişdir. İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilmişdir. Abidə önünə gül dəstələri qoyularaq, ümummilli liderin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğı bir daha vurğulanmışdır. Ilk öncə Ulu öndər Heydər Əliyevin, vətənimizin suverenliyi uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir səmimi mühitdə davam etdirilmişdir. Çıxışlarda qeyd olunmuşdur ki, bu gün gənclərin elmə, təhsilə, innovasiyalara və ictimai fəallığa cəlb olunması dövlətimizin əsas məqsədlərindən biridir. Xüsusilə gənc müəllimlərin peşəkar inkişafına göstərilən diqqət və qayğı təhsil sahəsində keyfiyyətin yüksəldilməsinə mühüm töhfə verir.

Tədbir iştirakçıları gənclərə göstərilən bu yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə gənclərlə bağlı həyata keçirdiyi layihə və təşəbbüslərin əhəmiyyətini xüsusi qeyd etmişlər. Gənclər Günü münasibətilə gənc müəllimlərə uğurlar arzulanmış, onların gələcək fəaliyyətlərində daim dəstək olunacağı vurğulanmışdır.

Tədbirdə aktiv fəaliyyəti ilə fərqlənən gənc müəllimlərə fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: