“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gənclər Günü

01/02/2025, 17:08
xeber1

1997-ci ildən ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə hər il 2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Quba Xaçmaz RTİ ilə birgə bu sahədə mühüm işlər görür. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 2 Fevral Gənclər günü münasibətilə Quba-Xaçmaz RTİ ilə birgə Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirin təşkilatşılığında yaxından iştirak etmişdir. Tədbirdə iştirak edən, yüksək nəticələr əldə etmiş gənc təhsil işçiləri müxtəlif hədiyyələr və fəxri fərmanlarla təltif ediliblər. Tədbirin gedişində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə mahnı və o cümlədən Quba UGİM-nin şagirdlərinin ifasında maraqlı rəqs nömrələri nümayiş olunmuşdur.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: