Xəbərlər
Gənclər Günü çərçivəsində region üzrə intellektual turnir təşkil olundu

28 yanvar 2026-cı il tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsinin birgə təşkilatçılığı ilə Siyəzən Gənclər Evində “2 Fevral — Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?”intellektual oyunu üzrə region birinciliyi keçirilib. Yarış IX–XI sinif şagirdləri arasında təşkil olunmuşdur. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsinin sədri Vüsalə Kərimova çıxış edərək gəncləri Gənclər Günü münasibətilə təbrik etmiş, iştirakçılara uğurlar arzulamışlar.
Turnir komandalar arasında maraqlı və gərgin mübarizə şəraitində keçib. Nəticələr belə olub:
I yer: Fətəlixan (Quba rayonu)
II yer: Qladiator (Şabran rayonu)
III yer: Vendetta (Siyəzən rayonu)
Qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və kubokla, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsi tərəfindən qiymətli hədiyyələrlə təltif olunublar.
Gənclərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!











