“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gənclər Günü – sağlam gənclik, güclü gələcək

01/02/2026, 13:57
xeber1

ETİHİ Quba rayon komitəsi və Quba Dövlət Sosial İqtisadi Kollecinin ilk həmkarlar təşkilatının birgə təşəbbüsü ilə 2 Fevral – Gənclər Günü münasibətilə, Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat məktəbinin yarış zalında tələbə həmkar üzvləri arasında idmanın Şahmat növü üzrə yarış keçirilmişdir. Yarışın keçirilməsində əsas məqsəd gənclərin sağlam həyat tərzinə marağının artırılması, təhsilə və idmana olan sevgisinin təşviq edilməsidir. Görüşdə fəallıqla yarışan gənclər öz bilik, bacarıq və çevikliklərini nümayiş etdirmişdirlər. Yarışda I, II, III, IV yeri tutan qaliblər təşəkkürnamə və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır. Zəka yarışı yüksək motivasiya və rəqabət şəraitində keçmişdir. ETİHİ Quba rayon komitəsi tərəfindən gənc həmkar üzvlərimizi Gənclər Günü münasibətilə təbrik edir, onlara uğurlar və sağlam gələcək arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: