Xəbərlər
Gənclər Günündə "Balaca kişilər" tamaşası təqdim olunub

ATİAHİ Respublika Komitəsinin təşəbbüsü və ATİAHİ Nizami Rayon Komitəsinin təşkilatçılığı ilə Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 2 fevral – Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İlqar Fəhminin ssenari müəllifi olduğu "Balaca kişilər" tamaşası nümayiş olunub.
Tamaşanı Bakı şəhərinin ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri və müharibə qəhrəmanları səhnələşdiriblər.
Tamaşada ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və aparatın məsul əməkdaşları iştirak ediblər.
Tədbirdə ATİAHİ Nizami Rayon Komitəsinin sədri Gənclər Gününündən, səhnələşdirilən tamaşanın mahiyyətindən danışıb.
Çıxış edən Mirzə Cəfərzadə Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gənclərə xüsusi önəm verdiyini vurğulayıb. O, həmçinin ATİAHİ rəhbərliyinin şəhid ailələrinə və gənclərə göstərdiyi diqqət və qayğıdan da bəhs edib.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevə və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.
Tamaşanın həm quruluşu, həm də məzmunu iştirakçılarda dərin təəssürat yaradıb.

43fa51f3-49f9-40d7-af8d-0fc6173705bf.jpeg)




