Xəbərlər
Gənclər Gününə həsr edilmiş "Vətənim Azərbaycan" adlı rəsm müsabiqəsi

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Quba rayon komitəsinin təşkilatçılığı ilə Quba Dövlət Sosial İqtisadi Kollecinin tələbələri arasında 2 Fevral Gənclər gününə həsr edilmiş "Vətənim Azərbaycan" adlı rəsm müsabiqəsi keçirilmişdir. Tədbirdə çıxış edən ATİAHİ Quba rk-nin sədri Vüsalə Kərimova bildirmişdir ki, tələbələr üçün keçirilən belə rəsm müsabiqələri gənclər arasında vətənpərvərlik ideyalarının dərindən inkişaf etdirilməsi və möhkəmləndirilməsinə xidmət edir. Tədbirdə çıxış edənlər belə tədbirlərin tələbələrin yaradıcılıq qabiliyyətlərinin inkişafı və asudə vaxtının səmərəli təşkili baxımından əhəmiyyətini qeyd ediblər. Müsabiqənin sonunda Yarışın qalibləri müxtəlif hədiyyələr, fəxri fərman və təşəkkürnamə ilə mükafatlandırılıblar. Müsabiqənin təşkilatşılığında yaxından iştirak etdikləri üçün Quba Dövlət Sosial İqtisadi Kollecinin direktoru Xanım Bayramovaya və kollecin ilk təşkilat sədri Pərvanə Rəfiyevaya təşəkkür edirik.




