Xəbərlər
"Gənclər narkotikə yox deyir!"

21 oktyabr 2026-cı il tarixində Şəki Dövlət Regional Kollecində narkomanlığa qarşı mübarizə və sağlam həyat tərzinin təbliği məqsədilə maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə ETİHİ Şəki Şəhər Komitəsinin məsləhətçisi Səbuhi Müslümov, kollecin tədris işləri üzrə direktor müavini Günel Mustafayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Rafiq Səmədov, HİK sədri Samir Əsgərov, müəllimlər və tələbələr iştirak ediblər.
Görüşlərdə narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərər, narkomanlığın fəsadları, gənclərin zərərli vərdişlərdən qorunması və asudə vaxtlarının səmərəli təşkili məsələləri diqqətə çatdırılıb. Sağlam həyat tərzinin, idmanın və maariflənmənin əhəmiyyəti vurğulanıb.
Tədbirlər çərçivəsində mövzuya dair sənədli video materiallar nümayiş etdirilib, tələbələrin əl işlərindən ibarət “Gənclər narkotikə yox deyir!” adlı rəsm sərgisi təşkil olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.














