“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Gəncləri Günü münasibətilə fəal gənc müəllimlərlə görüş keçirildi

02/02/2026, 17:02
xeber1

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi tərəfindən gənc və fəal müəllimlərlə görüş keçirilmişdir.

Tədbirdə rayonun ümumtəhsil müəssisələrində çalışan aktiv, təşəbbüskar və nümunəvi gənc müəllimlər iştirak etmişdir.


Tədbiri giriş sözü ilə Komitə sədri Fəxrəddin Eyvazov açmışdır.

Fəxrəddin müəllim bütün gənc müəllimləri Gənclər Günü münasibətilə təbrik edərək vurğulamışdır ki, Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirilməsi nəticəsində bugün gənclər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuşdur. Xüsusilə təhsil sahəsində çalışan gənc mütəxəssislər üçün yaradılan imkanlar onların həm bilik səviyyəsinin artırılmasına, həm də sosial rifahının gücləndirilməsinə xidmət edir.


Sədr çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin gənc müəllimlərə ünvanladıqları təbrikləri tədbir iştirakçılarına çatdırmışdır. O həmçinin rəhbərlik tərəfindən həmkarlar təşkilatlarına göstərilən diqqətə və gənclərlə iş sahəsində yaradılan geniş imkanlara görə minnətdarlığını bildirmişdir.


Fəxrəddin Eyvazov çıxışında Həmkarlar İttifaqının gənclərlə iş istiqamətindəki fəaliyyətindən, gənc müəllimlərin hüquqlarının qorunması, sosial təminatı, peşəkar inkişafı və motivasiyasının artırılması məqsədilə həyata keçirilən layihə və təşəbbüslərdən geniş şəkildə danışmışdır. O qeyd etmişdir ki, gənclərin həmkarlar təşkilatına üzv olması onlara güclü hüquqi müdafiə, sosial dəstək və inkişaf imkanları yaradır. Bu dəstək gənc müəllimlərin özlərini daha inamlı hiss etməsinə və təhsil prosesinə daha səmərəli töhfə verməsinə şərait yaradır.


Daha sonra rəyasət heyətinin üzvü Könül Nəcəfova çıxış edərək gənclərin ölkənin inkişafında xüsusi rol oynadığını və pedaqoji fəaliyyət göstərən gənc müəllimlərin bu missiyanın önündə dayandığını vurğulamışdır. O, gənc müəllimləri təbrik edərək onlara yaradıcılıq, enerjili fəaliyyət və daim yenilikçi olmağı arzulamışdır.


Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin direktoru Elşən müəllim də çıxış edərək məktəblərin inkişafında gənc müəllimlərin mühüm rol oynadığını qeyd etmiş, onların həm fənn hazırlığında, həm də ictimai fəaliyyətlərində fəallıq göstərdiyini diqqətə çatdırmışdır. O bütün gənc müəllimləri təbrik edərək pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.


Tədbirin sonunda fəallığı ilə seçilən gənc müəllimlər Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Abşeron Rayon Komitəsi tərəfindən hədiyyələrlə təltif edilmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: