Xəbərlər
Gender bərabərliyi ailədən başlayır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin üzv təşkilatlarından olan Sirac Əliyev adına Qırlı kənd tam orta məktəbin psixoloqu, ETİHİ Ağstafa rayon Komitəsinin Qadın Problemləri, Gender Bərabərliyi Komissiyasının sədr müavini Gülər Abbaslının təşkilatçılığı ilə
"Gender bərabərliyi ailədən başlayır" adında tədbir keçirilmişdir. Tədbirdə məktəbin müəllimləri və valideynlər iştirak etdilər.
Cəmiyyətin əsas təməli olan ailədə formalaşan dəyərlər uşağın dünyagörüşünü, münasibətlərini və gələcək davranışlarını müəyyən edir. Ailədə qız və oğlan övladlarına eyni sevgi, diqqət və imkanların verilməsi gender bərabərliyinin ilk və ən vacib addımıdır.
Valideynlərin övladlar arasında ayrı-seçkilik etməməsi, məsuliyyət və hüquqları bərabər paylaşması uşaqlarda ədalət, hörmət və qarşılıqlı anlayış hissini gücləndirir. Ev işlərinin, təhsil imkanlarının və qərarvermə proseslərinin cinsə görə deyil, bacarıq və istəklərə görə bölüşdürülməsi sağlam düşüncəli fərdlərin yetişməsinə şərait yaradır.
Ailədə bərabərlik mühitində böyüyən uşaqlar gələcəkdə cəmiyyətdə də qadın və kişilərə eyni hüquq və dəyər verilməsinin vacibliyini dərk edirlər. Bu baxımdan gender bərabərliyinin təmin olunması təkcə sosial məsələ deyil, eyni zamanda ailə məsuliyyətidir. Sağlam və ədalətli cəmiyyətin qurulması məhz ailədən başlayan bərabərlik anlayışı ilə mümkündür.




