Xəbərlər
Gəndov kənd ümumi orta ümumtəhsil məktəbində l Qarabağ müharibəsi şəhidi Bağırov Nizam Məlikməmməd oğlunun doğum gününə həsr olunmuş tədbir keçirildi.

16 fevral 2026 -cı il tarixdə ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Gəndov kənd ümumi orta ümumtəhsil məktəbində l Qarabağ müharibəsi şəhidi Bağırov Nizam Məlikməmməd oğlunun doğum gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun nümayəndələri Rəşid Məmmədli, Rahim Baxışov, Mayıl Səfərov, ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov, Təzəkənd kənd İƏD üzrə icra nümayəndəsi Həsən Həsənov və digər səlahiyyətli şəxslər ,şəhidin ailə üzvləri , l və ll Qarabağ müharibəsi veteranları, eləcə də Gəndov kənd ümumi orta ümumtəhsil məktəbinin şagird , müəllim kollektivi və kənd sakinləri iştirak etdilər.Tədbirdə şəhidin 27 ilə sığışdırdığı şərəfli ömür yolundan,I Qarabağ döyüşlərində qəhrəmanlıq şücaiətindən, şəhidlik məqamına ucalmasından söhbət edildi.Məktəblilər tərəfindən Şəhidin xatirəsinə şeirlər söylənildi, kompozisiya ifa olundu. Sonda şəhidin məzarı ziyarət olundu. Ruhuna dualar oxundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət ,ruhları şad olsun.
Şəhidim rahat uyu , canından keçdiyin torpaqlar indi azaddır. Sənin də ruhun şad olsun!












