Xəbərlər
Geologiya İnstitutunda Müstəqilliyin Bərpası Günü və Sağlam Həyat Tərzinin Təbliğinə Həsr Olunmuş Velosiped Turu Keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya İnstitutu PHŞ rəhbərliyinin və Həmkarlar İttifaqı Komitəsi üzvlərinin iştirakı ilə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü” münasibətilə, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının “Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” və sağlam həyat tərzinin təbliği çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsi ilə əlaqədar Dənizkənarı Milli Parkda velosiped turu təşkil olunmuşdur.
Bu cür tədbirlərin keçirilməsi kollektiv daxilində birliyin, sağlam həyat prinsiplərinin təşviqinə və müsbət iş mühitinin formalaşmasına şərait yaradır. Velosiped turunun gələcəkdə mütəmadi davam etdirilməsi və İnstitutun kollektiv həyatında ənənəyə çevrilməsi nəzərdə tutulur.




