Xəbərlər
ETN Geologiya və Geofizika İnstitutunda əməkdaşlara Yeni il münasibətilə bayram sovqatı verilib.
30/12/2025, 17:48

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni İl bayramı münasibətilə 50 nəfər əməkdaşa müxtəlif növ ərzaq məhsullarından ibarət bayram hədiyyələri paylanmışdır.
Ərzaq mallarından ibarət hədiyyələri əməkdaşlara İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri namizədi Kamran Əliyev təqdim edib.






