Xəbərlər
Gərgin final, layiqli qələbə!

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş voleybol yarışı Göyçay rayonunda yüksək təşkilatçılıqla baş tutdu. Elmi-Təhsil İşləri İdarəçiləri İttifaqının Göyçay Rayon Komitəsinin təşəbbüsü ilə keçirilən bu tədbir müəllimlər arasında həmrəyliyin gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıdı.
Yarışda rayonun müxtəlif təhsil müəssisələrini təmsil edən komandalar iştirak etdi.Oyunlar boyunca meydanda gərgin mübarizə ilə yanaşı, dostluq və qarşılıqlı hörmət mühiti də aydın hiss olunurdu. Müəllimlər bu yarış vasitəsilə asudə vaxtlarını daha səmərəli və maraqlı keçirmək imkanı əldə etdilər.
Final mərhələsi xüsusi maraq doğurdu. Gərgin və prinsipial keçən qarşılaşmada komandalar sonadək mübarizə apardı. Nəticədə Göyçay Peşə Liseyi Publik Hüquqi Şəxsin komandası üstün oyun nümayiş etdirərək yarışın qalibi oldu və birincilik kürsüsünə yüksəldi.
Qalib komanda təşkilatçılar tərəfindən diplom, təşəkkürnamə və mükafatlarla təltif olundu. Tədbirdə komitə sədri, eləcə də digər rəsmi şəxslər və azarkeşlər iştirak edərək müəllimlərin fəallığını yüksək qiymətləndirdilər və belə təşəbbüslərin əhəmiyyətini vurğuladılar.
Bu cür yarışlar müəllimlər arasında birlik və həmrəyliyi gücləndirir, sağlam həyat tərzini təşviq edir və kollektiv ruhu daha da möhkəmləndirir.
Video:https://www.facebook.com/share/v/1CRVoDTGSi/?mibextid=wwXIfr



