Xəbərlər
Gəzintilər üzvlərə yeni təəssüratlar və xoş anlar bəxş edir
08/06/2026, 10:52

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nəsimi Rayon Komitəsinin təşəbbüsü ilə üzv təşkilatların kollektivləri üçün mütəmadi olaraq gəzinti və ekskursiyalar təşkil edilir. Bu çərçivədə Bakı şəhəri Nəsimi rayonu Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbin kollektivi üçün də gəzinti təşkil olunub.
Tədbirin məqsədi iştirakçıların asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin genişləndirilməsi və həmrəylik mühitinin daha da möhkəmləndirilməsidir.




