“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Girk kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivinin asudə vaxtını və istirahətini səmərəli keçirtmək məqsədilə Xankəndi və Şuşa şəhərlərinə ekskursiyası təşkil edilmişdir.

23/07/2026, 09:12
xeber1

ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Girk kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivinin asudə vaxtını və istirahətini səmərəli keçirtmək məqsədilə Xankəndi və Şuşa şəhərlərinə ekskursiyası təşkil edilmişdir. 


İttifaq üzvləri Qarabağda gedən quruculuq abadlıq işlərilə tanış olmuş, tarixi abidələri və Cıdır düzündə qəhrəman əsgərlərimizin döyüş yerlərini ziyarət etmişlər. 


Şuşada gözəl bir gün keçirən məktəb kollektivi göstərilən dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz təşəkkürünü və minnətdarlıqlarını bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: