“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

GKF THİK fəal tələbələri Mərkəzi Nəbatat bağında

15/04/2026, 19:28
xeber1

GKF THİK fəal tələbələri Mərkəzi Nəbatat bağında keçirilən maarifləndirici ekskursiyada iştirak edərək təbiətin rəngarəng dünyasını yaxından müşahidə ediblər. Səfər çərçivəsində onlara bağın elmi əhəmiyyəti, burada qorunan nadir bitki növləri və ekosistemin mühafizəsində bu məkanın rolu haqqında maraqlı məlumatlar təqdim olunub.


Belə tədbirlər tələbələrin ekoloji düşüncəsini inkişaf etdirməklə yanaşı, təbiətə qarşı məsuliyyət hissinin formalaşmasına və elmi dünyagörüşlərinin genişlənməsinə töhfə verir. 🌱


Gənclərimizin bu kimi təşəbbüslərdə iştirakı onların biliklərini zənginləşdirir və gələcək fəaliyyətlərinə ilham qaynağı olur.


Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: