“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy müəllimləri Respublika çempionatında ikinci yeri tutublar

26/10/2026, 11:00
xeber1

25 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə təhsil işçiləri arasında Respublika çempionatı keçirilib. Onlayn seçim turunda iştirak edən 100-ə yaxın komandadan 35-i final mərhələsinə vəsiqə qazanıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən çempionatın nəticələrinə əsasən, Bakı təmsilçisi “Humanistlər” komandası birinci, Goranboy rayonunu təmsil edən müəllimlərdən ibarət “The Masters” komandası ikinci, “Köhnə qvardiya” komandası isə üçüncü yeri tutub. Goranboy müəllimlərinin respublika səviyyəli yarışda yüksək nəticə göstərərək ikinci yerə layiq görülməsi rayonun təhsil ictimaiyyəti üçün sevindirici nailiyyətdir. Komandamızı qazandığı uğur münasibətilə təbrik edir, gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq! Çempionatın qalibləri kubok, diplomlar və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: