Xəbərlər
Goranboy rayon Alpoud kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil olunub.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 22 iyul 2026-cı il tarixində Goranboy rayonunun Ə. İsgəndərov adına Alpoud kənd tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması, eləcə də ölkəmizin füsunkar təbiəti ilə seçilən bölgələrindən biri olan Şəki rayonunun turizm imkanları ilə yaxından tanış olmaq olub. Səfər çərçivəsində iştirakçılar Şəki yaylasını ziyarət edərək yaylağın saf dağ havasından, zəngin təbiətindən və ecazkar mənzərələrindən zövq alıblar. Təbiət qoynunda keçirilən gəzinti iştirakçılara həm səmərəli istirahət etmək, həm də unudulmaz xatirələr qazanmaq imkanı yaradıb. Ekskursiya kollektiv üzvləri tərəfindən yüksək məmnunluqla qarşılanıb. Səfərin sonunda iştirakçılar yaradılan şəraitə və ekskursiyanın nümunəvi şəkildə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirərək, belə səfərlərin kollektiv üzvləri arasında həmrəyliyin möhkəmlənməsinə və asudə vaxtın faydalı təşkilinə mühüm töhfə verdiyini vurğulayıblar.






