Xəbərlər
Goranboy rayon Aşağı Ağcakənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi İsmayıllı rayonuna səfər edib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 03 iyul 2026-cı il tarixində Aşağı Ağcakənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün İsmayıllı rayonuna birgünlük gəzinti təşkil olunub. Səfər zamanı iştirakçılar İsmayıllı rayonunun zəngin təbiəti, dağ mənzərələri və istirahət məkanları ilə yaxından tanış olub, rayonun füsunkar təbiətindən zövq alıblar. Təmiz dağ havası və yaşıllıqlarla əhatə olunmuş ərazilərdə keçirilən gəzinti kollektiv üzvlərinə gündəlik iş fəaliyyətindən kənarda səmərəli istirahət etmək imkanı yaradıb. Ekskursiya kollektiv üzvləri arasında qarşılıqlı ünsiyyətin möhkəmlənməsinə, mehriban münasibətlərin inkişafına və komanda ruhunun güclənməsinə müsbət təsir göstərib. Maraqlı və xoş təəssüratlarla yadda qalan səfər iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Səfərin sonunda kollektiv üzvləri yaradılan şəraitə və ekskursiyanın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildirərək, bu cür tədbirlərin əməkdaşların motivasiyasının artırılması və səmərəli istirahətinin təşkili baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.





