“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Ballıqaya kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna ekskursiya təşkil olunub.

24/07/2026, 23:37
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 24 iyul 2026-cı il tarixində Goranboy rayonunun Ballıqaya kənd ümumi orta ümumtəhsil məktəbinin kollektivi üçün Şəki rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiya kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətlərinin təmin olunması və ölkəmizin zəngin təbii və mədəni irsə malik bölgələrindən biri olan Şəki rayonunu yaxından tanımaları məqsədilə təşkil edilib. Səfər çərçivəsində iştirakçılar Şəki rayonunun görməli məkanlarını ziyarət edib, rayonun füsunkar təbiəti, təmiz dağ havası və gözoxşayan mənzərələri ilə yaxından tanış olublar. Gəzinti iştirakçılara həm dincəlmək, həm də səmərəli və yaddaqalan vaxt keçirmək imkanı yaradıb. Birgünlük ekskursiya kollektiv üzvlərində xoş təəssüratlar yaradıb. Səfərin sonunda iştirakçılar belə tədbirlərin kollektiv ruhunun möhkəmlənməsinə, əməkdaşlar arasında səmimi münasibətlərin inkişafına və asudə vaxtın faydalı təşkilinə mühüm töhfə verdiyini qeyd edərək, ekskursiyanın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: