“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Boluslu kənd tam orta məktəbinin kollektivi İsmayıllı rayonuna ekskursiya edib.

16/06/2026, 18:47
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 15 iyun 2026-cı il tarixində Boluslu kənd tam orta məktəbinin kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi iştirakçıların asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyət və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də ölkəmizin zəngin təbiəti və turizm potensialı ilə tanışlığın artırılması olub. Səfər çərçivəsində iştirakçılar İsmayıllı rayonunun görməli yerlərini ziyarət edib, rayonun təbii gözəllikləri ilə yaxından tanış olublar. Ekskursiya zamanı xoş və yaddaqalan anlar yaşayan kollektiv üzvləri səfərdən məmnun qaldıqlarını bildiriblər. Birgünlük ekskursiya iştirakçılarda xoş təəssüratlar yaradıb, onların istirahətinin səmərəli təşkilinə və kollektiv ruhunun daha da güclənməsinə töhfə verib.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: