“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Boluslu kənd uşaq bağçasının kollektivi İsmayıllı rayonuna ekskursiya edib.

22/06/2026, 21:31
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsinin dəstəyi ilə 21 iyun 2026-cı il tarixində Boluslu kənd uşaq bağçasının kollektivi üçün İsmayıllı rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, əməkdaşlar arasında qarşılıqlı ünsiyyət və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də ölkəmizin füsunkar bölgələrindən biri olan İsmayıllının təbii və turizm imkanları ilə yaxından tanışlıq olub. Səfər çərçivəsində iştirakçılar İsmayıllı rayonunun görməli məkanlarını ziyarət edib, rayonun zəngin təbiətini və ecazkar mənzərələrini seyr edərək xoş və yaddaqalan anlar yaşayıblar. Ekskursiya kollektiv üzvləri tərəfindən maraqla qarşılanıb və onların səmərəli istirahətinin təşkili, işgüzar münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub. Birgünlük səfər iştirakçılarda xoş təəssüratlar yaradaraq yadda qalan xatirələrlə müşayiət olunub.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: