“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Goranboy rayon Borsunlu kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi Tovuz rayonuna ekskursiya edib

10/07/2026, 00:48
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Goranboy rayon komitəsi tərəfindən 09 iyul 2026-cı il tarixində Goranboy rayonunun Borsunlu kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi üçün Tovuz rayonuna birgünlük ekskursiya təşkil olunub. Ekskursiyanın məqsədi kollektiv üzvlərinin asudə vaxtının səmərəli təşkili, mənəvi istirahətinin təmin edilməsi, eləcə də əməkdaşlar arasında qarşılıqlı ünsiyyətin və həmrəyliyin daha da gücləndirilməsi olub. Səfər çərçivəsində iştirakçılar Tovuz rayonunun görməli məkanlarını ziyarət edib, rayonun zəngin təbiəti, mənzərəli guşələri və istirahət məkanları ilə yaxından tanış olublar. Təbiət qoynunda keçirilən gəzinti kollektiv üzvlərinə xoş ovqat bəxş edib və yaddaqalan anlarla yadda qalıb. Ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Səfərdən məmnun qalan kollektiv üzvləri bu cür ekskursiyaların həm istirahətin səmərəli təşkili, həm də kollektiv daxilində mehriban münasibətlərin daha da möhkəmlənməsi baxımından faydalı olduğunu vurğulayaraq, təşkilatçılara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: